...

Azərbaycan VII Beynəlxalq mədəniyyət və incəsənət festivalında iştirak edir

Mədəniyyət Materials 3 Sentyabr 2012 16:46 (UTC +04:00)
Sentyabrın 1-də Ukraynanın Odessa vilayət mərkəzinin Teatr meydanında Odessanın yaranmasının 218-ci ildönümü çərçivəsində "Dostların görüşləri" adlı VII Beynəlxalq mədəniyyət və incəsənət festivalının rəsmi açılışı olub.
Azərbaycan VII Beynəlxalq mədəniyyət və incəsənət festivalında iştirak edir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Sentyabrın 1-də Ukraynanın Odessa vilayət mərkəzinin Teatr meydanında Odessanın yaranmasının 218-ci ildönümü çərçivəsində "Dostların görüşləri" adlı VII Beynəlxalq mədəniyyət və incəsənət festivalının rəsmi açılışı olub.

Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir ki, dünyanın müxtəlif ölkələrindən gəlmiş incəsənət ustalarının bu parlaq festivalında Azərbaycan xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı da iştirak edir. Ansambl festivalın elə ilk günündə odessalıların və şəhərin qonaqlarının qəlbini fəth edib.

Festival iştirakçıları sentyabrın 2-də Odessanın yaradıcıları Dyuk de Rişelyenin, İ.Deribasın, Q.Marazlinin və başqalarının abidələri önünə çiçək dəstələri düzüblər.

Sonra Diplomatik klubda şəhər başçısı xarici qonaqları qəbul edib.

Həmin gün Edita Pyexanın, Roza Rımbayevanın, Sergey Zaxarovun Xeyriyyə konserti, Potyomkin pillələrində isə Ani Lorakın, Oleq Qazmanovun, "Belorusskiye pesnyarı"nın və başqalarının iştirakı ilə qala-konsert olub.

Festival sentyabrın 4-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti