...

Şuşa Dövlət Musiqili Dram Teatrının 139-cu teatr mövsümünün açılışı olub

Mədəniyyət Materials 17 Sentyabr 2012 17:46 (UTC +04:00)
Hər zaman milli mədəniyyətimizi dəstəkləyən "Azərsun Holdinq" bu dəfə Şuşa Dövlət Musiqili Dram Teatrının mövsüm açılışına ev sahibliyi edib.
Şuşa Dövlət Musiqili Dram Teatrının 139-cu teatr mövsümünün açılışı olub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Şuşa Dövlət Musiqili Dram Teatrının 139-cu teatr mövsümünün açılışı olub.

Hər zaman milli mədəniyyətimizi dəstəkləyən "Azərsun Holdinq" bu dəfə Şuşa Dövlət Musiqili Dram Teatrının mövsüm açılışına ev sahibliyi edib.

İlk olaraq tədbirin rəsmi hissəsində teatrın rəhbəri, Azərbaycanın əməkdar artisti Yadigar Muradov, Şuşa rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Vüsalə Fətəliyeva və "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər şöbəsinin müdiri Afiq Səfərov çıxış edib. Çıxış edənlər Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edib və yeni mövsümdə uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsində isə 139-cu teatr mövsümünü açan Şuşa Dövlət Musiqili Dram Teatrı görkəmli yazıçı-dramaturq Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə "Lənkəran xanının vəziri" tamaşasını nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti