...

Azərbaycanda mədəniyyətin avtomatlaşdırılmış məlumat sistemi yaradılacaq

Mədəniyyət Materials 20 Oktyabr 2012 12:23 (UTC +04:00)
Milli Məclisdən Trend-ə bildirilib ki, bununla bağlı maddə yenidən işlənilən "Mədəniyyət haqqında" qanun layihəsinə salınıb.
Azərbaycanda mədəniyyətin avtomatlaşdırılmış məlumat sistemi yaradılacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mədəniyyət sahəsində avtomatlaşdırılmış məlumat sistemi yaradılacaq.

Milli Məclisdən Trend-ə bildirilib ki, bununla bağlı maddə yenidən işlənilən "Mədəniyyət haqqında" qanun layihəsinə salınıb.

Avtomatlaşdırılmış məlumat sistemi Azərbaycanda mədəniyyət siyasətinin təmin edilməsi, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən subyektlər arasında əlaqələrin gücləndirilməsi və münasibətlərin təkmilləşdirilməsi məqsədilə yaradılacaq.

Bu sistem mədəniyyət və incəsənət sahəsində dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-kommersiya təşkilatları arasında məlumat mübadiləsinin, qarşılıqlı əlaqələrin və bu sahədə səmərəli idarəetmənin təmin edilməsinə xidmət edən kompleks xarakterli proqram təminatından ibarət olacaq.

Qanun layihəsində qeyd olunur ki, vahid avtomatlaşdırılmış məlumat sistemi ictimaiyyət üçün həm açıq, həm də məhdudlaşdırılmış məlumatlardan ibarətdir. Sistemin təşkil edilməsi, idarə olunması və bu sistemə daxil olan məlumatların şəxslər və dövlət rəsmiləri üçün açıqlıq səviyyəsinin müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

"Mədəniyyət haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında ikinci oxunuşda baxılması üçün plenar iclasda müzakirəyə çıxarılacaq. Azərbaycanda "Mədəniyyət haqqında" qanun 1998-ci ildə qəbul olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti