...

Şövkət Ələkbərovanın 90 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək

Mədəniyyət Materials 23 Oktyabr 2012 15:56 (UTC +04:00)
"İrəli" İctimai Birliyi Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə oktyabrın 29-da Bakı Caz Mərkəzində Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.
Şövkət Ələkbərovanın 90 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"İrəli" İctimai Birliyi Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə oktyabrın 29-da Bakı Caz Mərkəzində Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.

Trend İB-yə istinadən məlumat verir ki, ölməz sənətkarın 90 illiyinə həsr olunan konsert proqramının təşkil olunmasında əsas məqsəd dahi sənətkarın xatirəsini yad etməklə yanaşı, Şövkət Ələkbərova yaradıcılığını bir daha gənc nəsilə çatdırmaqdır.

Azərbaycanın bir çox tanınan gənc müğənniləri, caz ifaçıları səhnədə yer alacaqlar. İfaçılar konsertdə korifey sənətkarın ifasında səslənən mahnıları yeni versiyada, müxtəlif janrlarda ifa edəcəklər.

Konsertdə dövlət və özəl qurumların nümayəndələri, sənət adamları, media qurumları, QHT nümayəndələri, fəal gənclər iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti