...

Xəlil Rza Ulutürkün 80 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 29 Oktyabr 2012 15:14 (UTC +04:00)
Oktyabrın 30-da, saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın böyük istiqlal şairi və ictimai xadimi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək.
Xəlil Rza Ulutürkün 80 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 30-da, saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın böyük istiqlal şairi və ictimai xadimi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında" 4 iyun 2012-ci il tarixli sərəncamının icrasına uyğun olaraq keçiriləcək, bir çox yüksək rütbəli dövlət nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi yubiley tədbirində şairin şeirləri səsləndiriləcək və sözlərinə yazılmış mahnılar ifa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti