...

Azərbaycanda ingilis dilində uşaq və gənclər üçün ensiklopediya nəşr olunub

Mədəniyyət Materials 13 Noyabr 2012 18:02 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən "Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı"nın ingilis dili versiyasının 1-ci cildi nəşr olunub.
Azərbaycanda ingilis dilində uşaq və gənclər üçün ensiklopediya nəşr olunub

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən "Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı"nın ingilis dili versiyasının 1-ci cildi nəşr olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kitabın ingilis dilində nəşr edilməsində məqsəd Azərbaycanda və xaricdə yaşayan soydaş uşaq və gənclərimizin zəngin Azərbaycan incəsənəti barədə maarifləndirilməsi, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasına töhfə verilməsi, xaricdə yaşayan soydaş uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, xaricdə Azərbaycan və Azərbaycan mədəniyyəti haqqında informasiya çatışmazlığının aradan qaldırılmasına töhfə verilməsidir.

Kitabın məsləhətçisi akademik Ömər Eldarov, redaksiya heyətinin rəhbəri əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir. Kitab ingilis dilinə Səadət İbrahimova tərəfindən tərcümə edilib. Kitabın ingilis dili redaktoru İan Peartdir.

Xatırladaq ki, 2010-2011-ci illərdə kitabın Azərbaycan dilində 3 cildi çap olunub.

Kitabın təqdimat mərasimi noyabr 20-də keçiriləcək.

Təqdimat mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, yaradıcı insanlar, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti