...

Azərbaycanda Qarabağ folklorunun problemləri və perspektivləri müzakirə ediləcək

Mədəniyyət Materials 15 Noyabr 2012 13:33 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu dekabrın 26-da Bakıda "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda respublika konfransı keçirməyi nəzərdə tutur.
Azərbaycanda Qarabağ folklorunun problemləri və perspektivləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu dekabrın 26-da Bakıda "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda respublika konfransı keçirməyi nəzərdə tutur.

İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Qarabağ folklorunu, mədəniyyətini öyrənən və araşdıran bilim adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

İnstitutdan deyilib ki, Qarabağın 20 ilə yaxın işğal altında saxlanması nəticəsində bir çox maddi mədəniyyət abidələrimiz işğalçılar tərəfindən məhv edilib, yüz minlərlə insan evindən-eşiyindən didərgin salınıb. Lakin oradan qaçqın düşənlər hələ də yaddaşlarında folklorumuzu, mənəvi mədəniyyətimizi yaşatmaqdadır. İnstitut Qarabağ sakinlərindən folklor nümunələrinin toplanmasına, nəşrinə, araşdırılmasına diqqəti artırıb. Bu məqsədlə bu il institutun əməkdaşları bölgə sakinlərinin yaşadığı yerlərə ezam olunub, toplanmış folklor nümunələrindən iki cildlik kitab hazırlanıb. Bu iş qarşıdakı illərdə də davam etdiriləcək.

Folklor İnstitutu Qarabağ bölgəsindən və həmin bölgədən qaçqın düşənlərdən toplanmış folklor nümunələrini elmi əsaslarla arxivləşdirmək, nəşrə hazırlamaqla yanaşı, gələcək perspektivləri də müəyyənləşdirməyi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti