...

Gürcüstanda Aşıq Kamandarın 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Mədəniyyət Materials 28 Noyabr 2012 18:59 (UTC +04:00)
ARDNŞ-nin və Azərbaycan və Gürcüstan Aşıqları Birliyinin birgə dəstəyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 30-da Marneuli şəhərindəki N.Nərimanov adına Mədəniyyət evində Borçalının və bütün türk dünyasının korifey sənətkarı Aşıq Kamandarın 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.
Gürcüstanda Aşıq Kamandarın 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

ARDNŞ-nin və Azərbaycan və Gürcüstan Aşıqları Birliyinin birgə dəstəyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 30-da Marneuli şəhərindəki N.Nərimanov adına Mədəniyyət evində Borçalının və bütün türk dünyasının korifey sənətkarı Aşıq Kamandarın 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbirdə sənətkarın həyat və yaradıcılığından bəhs edən video-audio görüntülər nümayiş olunacaq. Aşıq Kamandarla şəxsən tanış olan tanınmış dövlət, ictimai və incəsənət xadimləri və sənətkarın ailə üzvləri onun haqqında düşüncələrini bölüşəcəklər. Aşığın yaradıcılığından nümunələr nümayiş olunacaq, şeirləri və yaratdığı saz havaları səsləndiriləcək.

Tədbirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan olan saz sənətkarlarının, Azərbaycan və Gürcüstanın dövlət rəsmiləri, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və digər sahələri təmsil edən şəxslərin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti