Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Kitabxanası ilə Yunanıstanın Milli Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Trend çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, sənədi Azərbaycan və Yunanıstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Antonia Arahova imzalayıblar.
Sənədi imzalamaqda məqsəd kitab mübadiləsini və əməkdaşlığı genişləndirməkdir. Memorandum çərçivəsində qarşılıqlı sərgilərin keçirilməsi, informasiya mübadiləsi və s. nəzərdə tutulur.