...

Yayda İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 29 Yanvar 2013 12:11 (UTC +04:00)
İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ötən gün İranın islami irşad və mədəniyyət nazirinin müavini Əliəsğər Purməhəmmədi ilə görüşüb.
Yayda İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir T.Cəfərov/

İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ötən gün İranın islami irşad və mədəniyyət nazirinin müavini Əliəsğər Purməhəmmədi ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Görüşdə Səmədov deyib ki, İran və Azərbaycan arasında turizm və mədəniyyət sahəsində son illər ərzində əlaqələr yaxşı səviyyədə qurulub və əlaqələr daha da inkişaf etdiriləcək.

Onun sözlərinə görə, xüsusilə kino istehsalı sahəsində iki ölkə arasında əməkdaşlıqlar üçün böyük potensial mövcuddur.

Səmədov əlavə edib ki, cari ilin iyul ayında İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

İranın islami irşad və mədəniyyət nazirinin müavini Purməhəmmədi İran və Azərbaycan arasında çoxlu bağlılıqların olduğunu vurğulayıb və deyib ki, iki ölkə müsiqi sahəsində də əlaqələrini inkişaf etdirmək üçün potensiallar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti