...

Beynəlxalq muğam festivalı çərçivəsində etno-caz konserti keçirilib

Mədəniyyət Materials 14 Mart 2013 12:56 (UTC +04:00)
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı davam edir.
Beynəlxalq muğam festivalı çərçivəsində etno-caz konserti keçirilib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı davam edir.

Trend-in Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, festival çərçivəsində martın 13-də Bakı Caz Mərkəzində etno-caz konserti keçirilib.

Konsertdə Azərbaycanın tanınmış caz ifaçılarından Cəmil Əmirov, Mircavad Cəfərov, Tofiq Cabbarov, Ruslan Hüseynov, Elvin Bəşirov, Coşqun Sadıqov çıxış ediblər.

Konsertin proqramına görkəmli bəstəkar Fikrət Əmirovun "Gecə keçdi" əsəri, Cəmil Əmirovun kompozisiyaları daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti