...

"Bir sən, bir İstanbul" (FOTO)

Mədəniyyət Materials 4 İyun 2013 18:19 (UTC +04:00)
Tanınmış türk sənətçisi Oya Ergün sözləri millət vəkili Qənirə Paşayevaya məxsus "Bir sən, bir İstanbul" klipini təqdim edib.
"Bir sən, bir İstanbul" (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Tanınmış türk sənətçisi Oya Ergün sözləri millət vəkili Qənirə Paşayevaya məxsus "Bir sən, bir İstanbul" klipini təqdim edib.

Trend-in məlumatına görə, sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Türkiyənin tanınmış bəstəkarlarından biri Emre Dündara məxsus "Bir sən, bir İstanbul" mahnısının klipi İstanbulun bir sıra tarixi və məşhur yerlərində çəkilib. Oya Ergün bu mahnının və klipin dinləyicilər və tamaşaçılar tərəfindən bəyəniləcəyinə və seviləcəyinə inandığını deyib. Bu əsəri çox sevdiyini deyən Oya Ergün mahnının və klipin Azərbaycan və Türkiyə radio və televiziyalarında yayımlanacağını və nümayiş olunacağını bildirib.

Təqdimat mərasimində iştirak edənlər mahnını və əsəri yüksək qiymətləndiriblər. Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yüksel Deyercan, eyni zamanda, təqdimatda iştirak edən Azərbaycanın bir sıra ictimai-siyasi və incəsənət xadimləri, KİV nümayəndələri əsəri və klipi çox bəyəndiklərini və tamaşaçıların da onu bəyənəcəklərinə ümidvar olduqlarını deyiblər.

"Bir sən, bir İstanbul" mahnısının sözlərinin müəllifi millət vəkili Qənirə Paşayeva da əsəri və klipi bəyəndiyini deyib və əsərin bəstəkarı Emre Dündara, dəyərli dostu Oya Ergünə və klipin çəkilişində əməyi keçmiş hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Türkiyənin tanınmış vokalçısı Oya Ergün tərəfindən ifa edilən "Bir sən, bir İstanbul" mahnısı ifaçının yeni çıxmış "Ruhum" adlı albomuna daxildir. Türkiyənin tanınmış sənətçisi Oya Ergün bu albomdan gələn gəliri şəhid ailələrinə bağışlayıb.

Mahnını və klipi sizə təqdim edirik: http://www.youtube.com/watch?v=j8BCvoehFKo&feature=em-upload_owner

Məqalədə:
Xəbər lenti

Xəbər lenti