Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Klassik şairimiz Məhsəti Gəncəvinin məqbərəsi Nizami Gəncəvinin məqbərəsinin yanında ucaldılmalıdır. Bunu Trend-ə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xəzangül Hüseynova bildirib.
Şairə hesab edir ki, 1923-cü ildə Nizami məqbərəsinin yanında qazıntı işləri aparılan zaman bir qadın qəbri aşkar edilib:
"Həmin qəbirin Məhsətiyə aid olduğu bildirilir. Belə olan halda iki böyük şairin məqbərəsinin yanaşı olması Gəncə şəhərinə də böyük gözəllik verər. Bu möhtəşəm qoşa məqbərələrin şahanə duruşu gündən-günə gözəlləşən ulu Gəncənin 4 min illik tarixinə böyük töhfə olardı".
X.Hüseynova inanır ki, müvafiq qurumlar bu məsələ üzərində düşünüb müsbət qərar verəcəklər.