...

"Məhsəti Gəncəvi" kitabının 7 dildə nəşri başa çatdırılıb (FOTO)

Mədəniyyət Materials 7 İyul 2014 16:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 16-da görkəmli şairə "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi" haqqında sərəncam imzalayıb.
"Məhsəti Gəncəvi" kitabının 7 dildə nəşri başa çatdırılıb (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 16-da görkəmli şairə "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi" haqqında sərəncam imzalayıb. Həmin sərəncamın icrası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən 7 dildə (italyan, çex, alman, yapon, ispan, tacik, urdu) akademik Rafael Hüseynovun "Məhsəti Gəncəvi" portret-oçerki işıq üzü görüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kitablarda şairənin həyat və yaradıcılığından bəhs edilir, rübailərindən parçalara yer verilir.

Portret-oçerk daha öncə də bir sıra xarici dillərdə nəşr olunub və ötən il 16 may tarixində Paris şəhərində UNESCO-nun Baş qərargahında keçirilmiş yubiley tədbiri zamanı iştirakçılara təqdim edilib.

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitablar nazirliyin tabeliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti