"Xoxan" ilkə imza atacaq

Mədəniyyət Materials 17 Dekabr 2014 17:33 (UTC +04:00)
20 dekabr saat 18:00-da Park Bulvar ticarət mərkəzində imza günü keçiriləcək.
"Xoxan" ilkə imza atacaq

20 dekabr saat 18:00-da Park Bulvar ticarət mərkəzində imza günü keçiriləcək.

Son günlərdə kinoteatrlarda izləyici rekordları qıran "Xoxan" komediyasının baş qəhrəmanları Fərda Amin, Elməddin Cəfərov, Şəhriyar Əbilov və Nigar İbrahimova dekabrın 20-də Park Bulvarda sevənləri ilə görüşə gələcək.

Saat 18:00-da keçiriləcək görüşdə məşhurlar sevənlərinə "imza dağıdacaq". İmza gününə giriş pulsuzdur. Filmin prodüserlərindən aldığımız məlumata görə, imza günündə aktiv izləyicilərdən bir neçəsinə filmi məşhurlarla izləmək şansı veriləcək.

Hər biriniz 20 dekabr saat 18:00-da Park Bulvar ticarət mərkəzində imza gününə dəvətlisiniz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti