Azərbaycan, Bakı, 13 iyul /Trend/
Amerikalı reper və prodüser, "50 Cent" kimi tanınan Körtis Ceyms Cekson məhkəməyə müflislik haqqında məcəlləyə əsasən kreditorlardan qorunma barədə ərizə təqdim edib.
Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə sənədlərinə əsasən musiqiçinin aktivləri və borcları 10-50 milyon dollar arasında dəyişir.
Ötən həftənin cümə günü məhkəmə K.Ceksonun reperi şəxsi həyatına qarışmaqda ittiham edən qadına 5 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı.