...

Nizami Kino Mərkəzinin ekranında iki qorxu filmi

Mədəniyyət Materials 16 İyul 2015 12:08 (UTC +04:00)
İyulun 16-dan ətibarən Nizami Kino Mərkəzində ABŞ-ın “Revers 666” və AF Mediya şirkətinin təqdimatı ilə Türkiyənin “Sicccin 2” filmlərinin nümayişi başlanır.
Nizami Kino Mərkəzinin ekranında iki qorxu filmi

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İyulun 16-dan ətibarən Nizami Kino Mərkəzində ABŞ-ın "Revers 666" və AF Mediya şirkətinin təqdimatı ilə Türkiyənin "Sicccin 2" filmlərinin nümayişi başlanır.

Kersten Elmsin ssenarisi əsasında rejissor Markus Nispelin çəkdiyi "Revers 666" filmi dəhşət və triller janrındadır. Kinolentin sloqanı: "Ovsun üçün möhtəşəm gün" Yaş həddi:16+

Bir qrup yeniyetmənin azadlığa buraxdıqları şeytan bir bir onların canlarına girməyə başlayır...

Baş rollara aktyorlar Stiven Lenq, Kevin Çepmen, Kelli Blats, Brittani Karren, Brett Dir, Qeyc Qolaytli, Nik Nak, Nik Nordella, Maykl Ormsbi və Cennifer Sayps çəkiliblər.

Həmçinin, həmin gündən etibarən AF Mediya şirkətinin təqdim etdiyi "Siccin 2" filminin nümayişi başlanır.

Ssenari müəllifi və rejissor Alper Mestçinin çəkdiyi bu film qorxu janrındadır. Sloqanı: "Hər canlı ölümü dadacaq" Yaş həddi: 18+

Hicran və Adnan cütlüyünün lənətlənmiş eşqi. Bu lənət onlara nələr yaşadacaq? Dögulan uşaqlarının taleyi necə olacaq? Tamaşaçı hansı qorxu dolu anlar yaşayacaq? Buyurun izləyin...

Rollara Şeyda Terzioğlu , Bulut Akkale , Seda Oğuz , Yavuz Çetin , Reyhan İlhan və başqaları çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti