...

Qarabağ müharibəsi veteranı ilə orta məktəb şagirdi arasında yaşananlar “İçərişəhər”də (FOTO)

Mədəniyyət Materials 2 Mart 2016 13:25 (UTC +04:00)
Martın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “İçərişəhər” bədii filminin təqdimatı keçirilib.
Qarabağ müharibəsi veteranı ilə orta məktəb şagirdi arasında yaşananlar “İçərişəhər”də (FOTO)

Bakı. Trend:

Martın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan "İçərişəhər" bədii filminin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimindən öncə filmin yaradıcı heyəti səhnəyə çıxdı. Rejissor İlqar Safat kinolent haqqında məlumat verib. Bildirib ki, gənc qızın yaşca ondan böyük olan kişiyə məhəbbətindən bəhs edən film romantik ovqatlı və zərif çalarlı ekran əsəridir.

Xalq artisti Elmira Şabanova çoxdandır ki, kinodan və səhnədən uzaqda olmasına baxmayaraq bu filmdə məmnuniyyətlə rol almağa razılıq verdiyini bildirib. Filmin maraqlı ssenarisi olduğunu qeyd edərək, izləyicilər tərəfindən seviləcəyinə əminliyini ifadə edib.

Yaradıcı heyətin digər üzvləri çıxış edərək fikirlərini bölüşüblər.

Filmin ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elmira Şabanova, Təhminə Rafaella, Haçımurad Yegizarov, Firdovsi Atakişiyev, Mehriban Zəki, Murad Məmmədov və başqaları çəkiliblər.

Qeyd edək ki, psixoloji dram janrında olan filmdə əsas hadisələr Bakının tarixi hissəsi olan İçərişəhərdə cərəyan edir. Orta məktəb şagirdi olan Arzu ilə piano müəlliməsi Nərgiz xanımın Qarabağ müharibəsi veteranı olan oğlu Rafael arasında sevgi münasibətləri yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti