...

Varşavada "Polyak memarlar Azərbaycanda" sərgisi keçirilir (FOTO)

Mədəniyyət Materials 1 Aprel 2016 19:54 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi Varşava şəhər meriyasında “Polyak memarlar Azərbaycanda” adlı sərgi təşkil edib.
Varşavada "Polyak memarlar Azərbaycanda" sərgisi keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycanın Polşadakı səfirliyi Varşava şəhər meriyasında "Polyak memarlar Azərbaycanda" adlı sərgi təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, aprelin 1-dən 15-dək davam edəcək sərgidə XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı şəhərində polyak memarlar Yuzef Qoslavski, Kazimej Skureviç, Yuzef Ploşko və Euqeniuş Skibinski tərəfindən layihələşdirilmiş binaların şəkilləri nümayiş etdirilir.

"Polyak memarlar Azərbaycanda" sərgisində nümayiş olunan şəkillərin müəllifi fotoqraf Vüqar İbadovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti