...

Binəqədidə “Onların arzuları üçün birləşək” adlı sosial aksiya keçirilib (FOTO)

Mədəniyyət Materials 29 İyul 2016 16:48 (UTC +04:00)
İyulun 28-də Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi bələdiyyəsinin və Binəqədi rayonunda yerləşən “İdrak” liseyinin təşkilatçılığı ilə “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili” günü münasibətilə “Onların arzuları üçün birləşək” adlı sosial aksiya keçirilib.
Binəqədidə “Onların arzuları üçün birləşək” adlı sosial aksiya keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 28-də Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi bələdiyyəsinin və Binəqədi rayonunda yerləşən “İdrak” liseyinin təşkilatçılığı ilə “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili” günü münasibətilə “Onların arzuları üçün birləşək” adlı sosial aksiya keçirilib.

Trend-in məlumatına görə, keçirilən sosial aksiyada Binəqədi rayonunda yerləşən 272 saylı körpələr-evi uşaq bağçasının balaca fidanları iştirak ediblər. Onlar üçün maraqlı bir gün təşkil edilmiş və müxtəlif personajların geyimlərini əks etdirən balaca fidanlar Binəqədi rayon ərazisinə tura çıxıblar. Balaca fidanlar Azadlıq prospekti və Heydər Əliyev adına istirahət parkını gəzərək müxtəlif personajları nümayiş etdirib, ətrafda olan insanlarda xoş əhval-ruhiyyə yaradıblar.

Məlumat üçün bildirək ki, “Onların arzuları üçün birləşək” adlı sosial aksiya davamlı olacaq və aksiyanın əsas məqsədi məktəbəqədər müəssisələrdə təhsil alan aztəminatlı ailələrin uşaqları daxil olmaqla ümumillikdə uşaqlar üçün önəmli günlərdə onların arzu və istəklərini həyata keçirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti