...

"Vaqif" operası yeni quruluşda (FOTO)

Mədəniyyət Materials 17 Avqust 2016 19:36 (UTC +04:00)
"Vaqif" operasının nümayişi olacaq.
"Vaqif" operası yeni quruluşda (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı "Vaqif" operasının nümayişi olacaq.

Tamaşada Vaqif obrazını ilk dəfə olaraq Akademik Opera və Balet Teatrının solisti, respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov ifa edəcək.

Ramil Qasımovun mətbuat katibinin Trend-ə verdiyi məlumata görə, yeni quruluşda hazırlanmış “Vaqif” operası görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illik yubileyi ərəfəsində oynanılacaq. Nümayişi noyabrın 26-da baş tutacaq tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Tamaşada baş rollarda Ramil Qasımov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev, Tural Ağasiyev çıxış edəcəklər.

Tamaşada Vaqif operasının ifa edəcək əməkdar artist Ramil Qasımov bu obrazın onun üçün çox önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək mənim üçün şərəfdir. Təbii ki  bunu gerçəkləşdirmək böyük əzimlilik, eyni  zamanda məsuliyyət tələb  edir. Çalışacağam ki, bu  etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğruldum. Fürsətdən istifadə edib bütün yaradıcı və texniki heyətə uğurlar diləyirəm”.   

Onu da bildirək ki, bu günlərdə “Vaqif” operasından Ramil Qasımovun ifasında Vaqifin ariyasının klipi də hazırlanıb. Məqsəd Azərbaycan klassik musiqisinin bugünkü nəslə təbliğidir.

Xəbər lenti

Xəbər lenti