...

Ədalət Şükürov "İsti yay"a dəvət edir

Mədəniyyət Materials 17 Avqust 2016 20:41 (UTC +04:00)
Azərbaycanın əməkdar artisti və Dağıstan Respublikasının xalq artisti Ədalət Şükürov konsert proqramı ilə çıxış edəcək.
Ədalət Şükürov "İsti yay"a dəvət edir

Bakı. Trend:

Bakıda ilk dəfə avqustun 26-sı saat 20:00-da "Mambo Beach Club"da konsert proqramı ilə Azərbaycanın əməkdar artisti və Dağıstan Respublikasının xalq artisti Ədalət Şükürov çıxış edəcək.

Gecənin aparıcıları Seyran Babayev və İskəndər İbrahim, qonaqlar Sevda Yahyayeva, Cin, "Qala" qrupu, Qurd olacaq.

Konsertin sonunda "Bolşoy Prazdnik" tərəfindən sürprizlər gözlənilir və sonra Dj China Afterparty-də öz miksləri ilə rəqs meydançasını coşduracaq.

Biletlərin sifarişi üçün: (012) 944, (050) 498 01 02
Əlavə məlumat üçün: (050) 213 16 65
İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti