...

"İçərişəhər" Estoniyada

Mədəniyyət Materials 3 Noyabr 2016 19:59 (UTC +04:00)
“İçərişəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb.
"İçərişəhər" Estoniyada

Bakı. Trend:

“İçərişəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, festival 11-27 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallində keçiriləcək. Filmimiz festivalın “Forum” proqramında nümayiş etdiriləcək.

“İçərişəhər” tammetrajlı bədii filmi nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Qeyd edək ki, film Misirin 35-ci Qahirə Beynəlxalq Film Festivalı və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi T.Rafaella, ssenari müəllifləri T.Rafaella və İlqar Safat, quruluşçu rejissoru İ.Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları T.Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov və Elmira Şabanova canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti