...

Nüsrət Kəsəmənlinin 70 illik yubileyi qeyd olunub (FOTO)

Mədəniyyət Materials 16 Dekabr 2016 14:31 (UTC +04:00)
Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Nüsrət Kəsəmənlinin 70 illik yubileyi qeyd olunub  (FOTO)

Bakı. Trend:

Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Zirə Eko Parkda şair - publisist Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Baba Vəziroğlu, kinorejissor, ssenarist Şeyx Əbdül, şair Hacı Zaməddin Ziyad oğlu, xalq artisti Nazpəri Dostəliyeva, bəstəkar Cabbar Musayev, müğənnilər Könül Kərimova, Nazənin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Nürət Kəsəmənlinin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları cıxışlarında şairin həyat yolu və yaradıcılığından bəhs ediblər. Qonaq müğənnilərin ifasında Nüsrət Kəsəmənlinin şerlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti