...

Bakıda “Gürcüstanın sehrli ritmləri” olacaq

Mədəniyyət Materials 5 Yanvar 2017 14:25 (UTC +04:00)
Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.
Bakıda “Gürcüstanın sehrli ritmləri” olacaq

Bakı. Trend:

Yanvarın 27-də Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən Trend-ə verilən məlumata gröə, “Gürcüstanın sehrli ritmləri” adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliashvili, Aysel Məmmədova və beynəlxalq musabiqələrin lauriatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər. Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq.

Biletlərin qiyməti 10-30 manat təşkil edir. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti