Bakı. Trend:
Azərbaycanın əməkdar artisti Suğra Bağırzadə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət”ordeni ilə təltif edilib.
Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.
Qeyd edək ki, bir müddət öncə S.Bağırzadə adıçəkilən ittifaqın “Vəzifə və Şərəf” ordeninə, Türk Dünyası Beynəlxalq Tədqiqatlar Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz”, “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına və “Fəxri Doktor” adına layiq görülüb.