...

Kuba telekanalında Yel çərşənbəsi haqqında reportaj (VİDEO)

Mədəniyyət Materials 8 Mart 2017 09:29 (UTC +04:00)
Kubanın "Havana" televiziya kanalı “Odlar Yurdu Azərbaycan” sənədli filminin çəkilişlərinə başlayıb.
Kuba telekanalında Yel çərşənbəsi haqqında reportaj (VİDEO)

Bakı. Trend:

2017-ci ildə Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Kubanın "Havana" televiziya kanalı “Odlar Yurdu Azərbaycan” sənədli filminin çəkilişlərinə başlayıb.

Azərbaycanın Kubadakı səfirliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində ardıcıl olaraq çərşənbə axşamlarında Azərbaycanın əziz bayramı olan Novruz bayramı və xalqımızın qədim və zəngin mədəniyyətindən bəhs edən reportajlar təqdim edilir.

Martın 7-də telekanalda nümayiş etdirilmiş növbəti telereportajda Yel çərşənbəsi haqqında geniş bəhs edilib, elimizin sülhsevər xüsusiyyətlərindən, Azərbaycanın nadir təbiət incilərindən, Novruz bayramına xas olan adətlərdən və milli mətbəximizin təamlarından danışılıb. Reportaj zamanı ölkəmizdə mövcud turizm imkanlarından bəhs edən görüntülər nümayiş etdirilib.

Layihə çərçivəsində Novruz bayramı və Azərbaycan xalqının mədəniyyəti haqqında ardıcıl reportajların izləyicilərə təqdim edilməsi nəzərdə tutulur.

"Havana" kanalında martın 7-də efirə getmiş növbəti reportaj:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti