...

Lalə Məmmədovanın ifasında Azərbaycan bəstəkarlarının retro mahnıları (VİDEO)

Mədəniyyət Materials 12 May 2017 15:34 (UTC +04:00)
Əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edəcək.
Lalə Məmmədovanın ifasında Azərbaycan bəstəkarlarının retro mahnıları (VİDEO)

Bakı. Trend:

Əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edəcək. Konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Mayın 25-də keçirilməsi nəzərdə tutulan konsertdə Lalə Məmmədovanın ifasında Azərbaycan bəstəkarlarının retro mahnıları səslənəcək.

Müğənnini konsert boyu Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edəcək. Dirijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti