...

Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb (FOTO)

Mədəniyyət Materials 25 İyul 2017 18:58 (UTC +04:00)
Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb.
Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb (FOTO)

Bakı. Trend:

Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Görkəmli xalq sənətkarlarının və müasir rəssamların, modelyerlərin bu sahədəki fəaliyyət istiqamətləri üzərində durulur.

Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Kübra Əliyevadır.

Qeyd edək ki, bu, G.Xəlilovanın sayca üçüncü kitabıdır. Daha əvvəl G.Xəlilovanın tanınmış alim, pedaqoq, akademik Vidadi Xəlilova həsr olunmuş “Ata Məhəbbəti, Ata İstəyiylə” adlı kitabı və Azərbaycan milli geyiminin Avropada təbliğatına dair kataloqu çap olunub.

Xəbər lenti

Xəbər lenti