...

“Retro Bakı” layihəsi davam edir (FOTO)

Mədəniyyət Materials 7 Sentyabr 2017 20:03 (UTC +04:00)
“Retro Bakı” layihəsinin növbəti konsertləri 8-9 avqust, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
“Retro Bakı” layihəsi davam edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 8-9 avqust, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən Trend-ə verilən məlumata görə, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. Konsertlər hər həftə cümə və şənbə günləri sentyabırın 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti