...

Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı baş tutacaq

Mədəniyyət Materials 28 Sentyabr 2017 21:40 (UTC +04:00)
Əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı baş tutacaq.
Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı baş tutacaq

Bakı. Trend:

4 oktyabr Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı baş tutacaq.

Trend-in məlumatına görə, tədbir görkəmli dirijor, musiqi ictimai xadim Niyaziyə həsr olunacaq. Tədbirdə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri çıxış edəcək. Həmçinin konsertdə həm milli, həm də Qərbi Avropa bəstəkarların əsərlərindən müxtəlif ariyalar səslənəcək.

Konsert 4 oktyabr tarixində saat 19:00 da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti