...

Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək

Mədəniyyət Materials 22 Dekabr 2017 11:05 (UTC +04:00)
Dekabrın 29-da Mədəniyyət və Turizm Nazirliyi, Quba rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək.
Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək

Bakı. Trend:

Dekabrın 29-da Mədəniyyət və Turizm Nazirliyi, Quba rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə keçiriləcək konsert proqramında əməkdar artist Röya səhnədə bir-birindən möhtəşəm mahnılarını ifa edəcək.

Qeyd edək ki, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunur.

İnformasiya dəstəyi: ASAN Radio, Trend, Day.az, Milli.az, Azernews, 1news.az, Azvision.az

Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti