...

Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Dekabr 2017 20:52 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib
Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə Xalq artisti Gülyanaq Məmmədova “Naz eyləmə”, “Bizə gəl yar” , Əməkdar artist Ehtiram Hüseynov “Çoxları incikdi”, “Sərvi-azad” , xanəndə Kamilə Nəbiyeva “Neyləyə billəm” təsniflərini ifa ediblər.

Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, tanınmış xanəndə Fəraməz Gərmrudinin ifasında “Hümayun”muğamı təqdim olunub.

Tədbirdə xanəndələri Əməkdar artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə “Könül” instrumental ansamblı müşayiət edib.

Ansamblın üzvləri: Əməkdar artistlər Elşən Mansurov( kamança), Şirzad Fətəliyev(balaban), Kamran Kərimov (nağara) və Hüsaməddin Əzizov bəm nağarada, Qalib Həşimov (bəm tar) Fərid Babayev (bəm kamança).

Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti