...

Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçiriləcək

Mədəniyyət Materials 27 Fevral 2018 11:45 (UTC +04:00)
Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçiriləcək.
Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçiriləcək

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixlərində Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzin dəvəti ilə Arkadie Suçevianu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçiriləcək.

Moldova ədəbiyyatı ilə bağlı Kişinyovda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən nəşrlər təqdim olunacaq.

Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisi Moldova ədəbiyyatı “xüsusi sayı”, A.Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İ.Volnitskinin ”Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi, eləcə də bir sıra maraqlı görüşlər, tədbirlər planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti