...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyevin 95 illiyini qeyd edib (FOTO)

Mədəniyyət Materials 8 May 2018 20:38 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyevin 95 illiyini qeyd edib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə İdarə rəisi Vuqar Zeynalov, Bakı şəhər musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Konsert Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin xalq çalğı alətləri orkestrının “Qarabağ Şikəstəsi”, S.Fərəcovun “Bayatı Şiraz” suiti və Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından “Asiyanın rəqsi” əsərlərinin ifası ilə başlanıb. Məktəbin şagirdlərinin ifasında Q.Qarayev “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, Niyazi “Arzu”, H.Rzayev “Cahargah rapsodiyası”, F.Şopen “İnqlabi Etüd”, Elerton “Tarantella” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda məktəbin xor kollektivi F.Durantenin “Danza, danza”, G.Davidin “What a wonderful word”, G.Estefanin “Let’s get loud”, A.Əlizadənin “Ana torpaq” əsərlərini ifa ediblər.

Xəbər lenti

Xəbər lenti