...

Dağlıq Qarabağ və ətraf rayonlarda 2 645 tarixi mədəniyyət abidəsi məhv edilib - Hesabat

Mədəniyyət Materials 11 Noyabr 2020 16:15 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hesabatın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, hesabatı təqdim edən "Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, ermənilər mədəniyyət tarix abidələrini təmamilə məhv ediblər:

"Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində Azərbaycanın işğal altında olan ərazilərindəki 2 645 tarixi mədəniyyət abidəsi, 1 814 memarlıq, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidəsi, 23 muzey, 102 min 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri məhv edilib. Bununla yanaşı, ermənilər 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd məhv edib. Onlar, həmçinin 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları, (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyalarını dağıdıb, mənimsəyib və məhv ediblər".

Qurum rəhbəri qeyd edib ki, ermənilər işğal altında olan qəbirüstü abidələri, qəbiristanlıqlar, türbələr və digər ziyarətgahları məhv edib, yer üzündən siliblər.

O bildirib ki, ermənilər tərəfindən işğal edilən Azərbaycan ərazilərində VII-IX, XIII-XVI və XVII-XIX əsrlərə aid memarlıq abidələri yer üzündən silib: "Dağlıq Qarabağ və ətraf ərazilərdə rəsmi fəaliyyət göstərən 72 müsəlman məscidi və 140 inanc yeri olub. İşğaldan sonra ermənilər həmin ərazilərdəki abidə və ziyarətgahları məhv ediblər. Həmin tarix-mədəniyyət abidələrinin 4-nün görkəmi dağıdılaraq forması dəyişdirilib. 210 məscid və ziyarət yerinin qalanı isə təmamilə dağıdılaraq yer üzündən silinib. 800-ə yaxın kənd və şəhərlərin adları dəyişdirilərək erməniləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti