...

Mədəniyyət Nazirliyi Ağalı kəndi ilə bağlı təkliflər verib

Mədəniyyət Materials 14 Dekabr 2021 20:56 (UTC +04:00)
Mədəniyyət Nazirliyi Ağalı kəndi ilə bağlı təkliflər verib

Bakı. Çingiz Səfərli - Trend:

Ağalı kəndində dövlətimiz tərəfindən aidiyyəti sosial və mədəni infrastruktur yaradılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı müvafiq təkliflər verilib.

"Ağalı kəndini Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti qurumlarla birgə inşa edir. Kənddə bütün sosial infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Ağalı kəndində dövlətimiz tərəfindən aidiyyəti sosial və mədəni infrastruktur yaradılır. Qeyd Ağıllı kəndinin tikintisi ilə bağlı məsələlər aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Mədəniyyət Nazirliyi müvafiq təkliflərini təqdim edib", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti