Bakı. Trend:
2023-cü ildə İspaniyanın Sevilya şəhərində keçiriləcək “Qoya” kino mükafatlarının 37-ci buraxılışı kateqoriyalar üzrə 4 nominasiya deyil, bu dəfə 5 nominasiya üzrə olacaq.
Trend EFE agentliyinə istinadla xəbər verir ki, bu barədə İspaniya Kino Akademiyasının prezidenti Fernando Mendes-Leite bildirib.
Onun sözlərinə görə, nominasiyaların artırılması budəfəki buraxılışın daha böyük olmasına səbəb olacaq ki, bu da qırmızı xalı üzərindən addımlayan aktyorların sayına təsir edəcək.
Akademiya prezidentinin sözlərinə zarafatla yanaşan şəhər meri Antonio Munyos “tədbiri keçirmək üçün Konqres Sarayını genişləndirmək lazım olacaq”, - deyə cavab verib.