...

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Noyabr 2022 16:23 (UTC +04:00)
XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. Mərasimdə festivalın beynəlxalq, “Asiya istedadları” və yerli müsabiqələri üzrə qaliblər bəlli olub.

Trend xəbər verir ki, XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev builki festival barədə danışaraq deyib: “Bu il festivala Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Lüksemburq, Ukrayna, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya və s. daxil olmaqla 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film yerli müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı və “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan gürcü rejissoru, prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları və film həftələrinin təşkilatçısı, türkiyəli prodüser Emrah Kılıç qiymətləndirib. Festivalın yeni bölümü olan “Asiya istedadları” müsabiqəsində mübarizə aparan 10 filmi Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliyə Dadaşova, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə qiymətləndirib və “Ən yaxşı film”, “Ən yaxşı rejissor” nominasiyalarının qaliblərini seçiblər. Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından biri olan “FOCAL” fondunun və “AVANTI” proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, “Didor”, “Kiş” və s. festivalların mükafatçısı, “Fokus” kino jurnalının layihə rəhbərlərindən biri Əli İsa Cabbarov, həmçinin son illər Azərbaycan ədəbi mühitində özünəməxsus məqalələrlə adını gündəmdə saxlayan, kino tənqidi, eləcə də tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alıb.

Festival qaliblərini təbrik edən Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov belə festivalların keçirilməsinin önəmindən danışıb: “Beş gün davam edən festivalda yerli film nümayişləri anşlaqla, gərgin müzakirələrlə yadda qalıb. Festival çərçivəsində, həmçinin tanınmış türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçirilib. Layihə ölkəmizdə kinematoqrafiyanın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir”.

Daha sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri

Yerli müsabiqəsinin qalibləri

Ən yaxşı bədii film – “Hasar” Rejissor Qulu Əsgərov (“Qızıl Nar”, diplom)

Ən yaxşı sənədli film – “Toz çəkiləndən bəri” Rejissor Toğrul Abbasov (“Qızıl Nar”, diplom)

Ən yaxşı sosial çarx – “Onun kamerası” Rejissor Böyükağa Əliyev (xüsusi mükafat və diplom)

Ən yaxşı tələbə filmi – “Motivator” Rejissor Kamal Müşviq (xüsusi mükafat və diplom)

Ən yaxşı rejissor - Rüstəm Babazadə “Son payız” (xüsusi mükafat və diplom)

Ən yaxşı ssenari – “Sonuncu foto” Rejissor Türkan Hüseyn (xüsusi mükafat və diplom)

Münsiflər heyətinin xüsusi mükafatı – Səddam Mehdiyev, Murad Hüseynov (Yaradıcı axtarışlarına görə)

Münsiflər heyətinin diplomu – “Yalnız məzar” (bədii film) Rejissor Elnur Paşa

Münsiflər heyətinin diplomu– “Uzaq” (sosial çarx) Rejissor Cavad Nur

Münsiflər heyətinin diplomu – “Vulkan üzərində ev” (sənədli film) Rejissor Amil Amal

Münsiflər heyətinin diplomu - "Sınaq" Rejissor Ruslan Mollayev

Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı – Unudulmuş arzular Rejissor Aynur Kazımova

Prodüserlər Gildiyasının diplomu Ən yaxşı prodüser - Dog Doc Rejissor Sitarə İbrahimbəyli

Beynəlxalq müsabiqənin qalibləri

Ən yaxşı film – “Texno, ana” Rejissor Saulius Baradinskas (Litva)

Ən yaxşı sənədli film – “Ulduz səpən” Rejissor Lois Patino (İspaniya)

Ən yaxşı animasiya filmi – “Vağ çayı” Rejissor Van Li Lyu (Tayvan (ÇXR)

Ən yaxşı bədii film rejissoru – “Rütubət” Rejissor Turan Xəstə (Türkiyə)

Ən yaxşı sənədli film rejissoru – “Yeva və Ramona” Rejissor Minka Jakerson (İsveç)

Ən yaxşı animasiya film rejissoru – “Həşəratların oyanışı” Rejissor Stefani Lensak, Fransua Leroy (Fransa)

Münsiflər heyətinin xüsusi mükafatı – “Şimal qütbü” Rejissor Mariya Apçevska (Şimalı Makedoniya)

“Asiya istedadları” müsabiqəsinin qalibləri

Ən yaxşı film – “Kainatın gecəsi” – Rejissorlar Ramin Fərzani, Parisa Sədaiazər (İran)

Ən yaxşı bədii film rejissoru – “Gecə yarısı” Rejissor Nazilə Əzizi (Əfqanıstan)

Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı – “Boşqab” Rejissor Rəna Vaezi, Ozra Xan Xajeh (İran)

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti