...

Mixail Pletnyovun Heydər Əliyev Mərkəzindəki konserti təxirə salınıb

Mədəniyyət Materials 20 Aprel 2023 20:24 (UTC +04:00)
Mixail Pletnyovun Heydər Əliyev Mərkəzindəki konserti təxirə salınıb

Bakı. Trend:

“Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyovun mayın 26-da Heydər Əliyev Mərkəzində nəzərdə tutulan konserti baş tutmayacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, konsert Mixail Pletnyovun şəxsi səbəbləri üzündən təxirə salınır və yaranmış vəziyyətlə əlaqədar pərəstişlarları və tədbirə artıq bilet əldə etmiş şəxslərə üzrxahlıqları çatdırılır. Bakı konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, 26 may 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə bilet əldə etmiş şəxslər biletləri iTicket.az satış məntəqələrində geri qaytara bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti