Bakı.Trend:
ABŞ-nin Los-Anceles şəhərində Amerika Kinoakademiyasının sayca 97-ci “Oskar” mükafatlandırma mərasimi baş tutub.
Trend xəbər verir ki, ilin ən yaxşı filmi nominasiyasına Şon Beykerin “Anora” adlı bədii filmi layiq görülüb.
Mayki Medisonun baş rola çəkildiyi film Brayton-Biçdə seks işçisi olan bir rusdilli qadının acı taleyindən bəhs edir.
Aktrisa, eyni zamanda, ən yaxşı qadın obrazı nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Filmin rejissoru Şon Beyker isə ən yaxşı rejissor seçilib.
Adıçəkilən kinodram, bundan başqa, ən yaxşı orijinal ssenari və ən yaxşı montaj nominasiyalarının qalibi olub. Flm ümumilikdə 5 “Oskar” heykəlciyinə yiyələnib.
Ən yaxşı aktyor nominasiyasında “Brutalist” filində canlandırdığı yəhudi əsilli memar obrazına görə Edrion Brodi layiq görülüb. Ən yaxşı ikinci dərəcəli aktrisa və aktyor nominasiyalarında isə müvafiq olaraq Zoy Saldana və Kyiran Kalkin qalib gəliblər.