...

Azərbaycan yazıçısı beynəlxalq ədəbi mühitə qoşula biləcək

Mədəniyyət Materials 30 Yanvar 2026 13:00 (UTC +04:00)
Azərbaycan yazıçısı beynəlxalq ədəbi mühitə qoşula biləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yazıçısı beynəlxalq ədəbi mühitə qoşula biləcək.

Trend xəbər verir ki, bunu media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında Konsepsiyanın işçi qrupunun üzvü Nazlı Əhmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycan ədəbi mütinin qlobal ədəbi mühitə uyğunlaşdırmaq üçün "Ədiblər Azərbaycanda" layihəsi həyata keçiriləcək:

"Bu layihə çərçivəsində xarici yazıçıların gəlib yerində təcrübələrlə tanış olmaq və təcrübə bölüşmək imkanı reallaşacaq. Eyni zamanda, Azərbaycan ədəbiyyatının və elmi ədəbiyyatın xaricdə tanıdılması məqsədilə "Azərbaycan ədəbiyyatı xaricdə" layihəsi icra ediləcək.

O həmçinin qeyd edib ki, bu konsepsiya ilə ilk dəfə olaraq Azərbaycanın mədəni irsi vahid irs kimi başa düşüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti