...

Qənirə Paşayeva Tovuzun daha 3 kəndində seçicilərlə görüşüb (FOTO)

Seçki 2015 Materials 28 Oktyabr 2015 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Millət vəkili Qənirə Paşayeva Tovuzun daha 3 kəndini gəzərək sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

Trend-in məlumatına görə, sakinlərin ən çox müraciətləri iş tapmağa köməklik göstərilməsi, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və Q.Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.

Q.Paşayeva həmçinin "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq sakinlərin evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də söhbət aparıb.

Q.Paşayeva son illlər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə və Tovuzda görülən böyük işlər, həllini tapan çox sayda problemlər barədə də məlumat verərək, ölkəmizin imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də həllini ediləcəyini vurğulayıb.

Millət vəkili 3 kəndi ziyarət edərkən bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti