...

Bayılda sürüşmə zonasından köçürülənlərin əksəriyyəti qohum, tanış evinə gedib

Gündəm Materials 25 Yanvar 2018 12:36 (UTC +04:00)
Bayılda sürüşmə zonasından köçürülənlərin əksəriyyəti qohum, tanış evinə gedib.
Bayılda sürüşmə zonasından köçürülənlərin əksəriyyəti qohum, tanış evinə gedib

Bakı. Samir Əli - Trend:

Bayılda sürüşmə zonasından köçürülənlərin əksəriyyəti qohum, tanış evinə gedib.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onlarım məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti