...

Sağ ikən orqanını verən şəxslərə hansı güzəştlər verilə bilər?

Gündəm Materials 9 Fevral 2018 12:27 (UTC +04:00)
Sağ ikən orqanını verən, lakin sonradan transplantasiyaya ehtiyacı olan şəxslərə güzəştlərin edilməsi təklif edilir
Sağ ikən orqanını verən şəxslərə hansı güzəştlər verilə bilər?

Bakı. İlhamə İsabalayeva – Trend:

Sağ ikən orqanını verən, lakin sonradan orqana ehtiyacı olan şəxsə transplantasiya zamanı güzəştlər edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin iclasında “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.

M.Quliyevin sözlərinə görə, bu güzəşt maddi baxımdan da ola bilər.

Bu məsələnin qanuna daxil edilməsinin tərəfdarı olan deputat qeyd edib ki, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunda tibbi etika məsələləri ilə bağlı xüsusi müddəaların olması vacibdir: “Qanunda beyin ölümü anlayışı ümumi şəkildə verilsə də, onu müəyyən edəcək ekspert həkimlər, onun müəyyən edilməsi yolları verilməyib. Biz orqan və toxumaların milli məlumat sistemini - reyestr sistemini yaratmalıyıq. Bilək ki, harada və hansı klinikada bu orqan və toxumalar var və transplantasiyaya nə qədər adamın ehtiyacı var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti