...

Milan məhkəməsindən adı korrupsiya ittihamında çəkilən italiyalı siyasətçiyə bəraət verib

Gündəm Materials 13 Fevral 2018 17:14 (UTC +04:00)
Milan məhkəməsi adı korrupsiya ittihamında çəkilən siyasətçi Luka Volonteyə bəraət verib.
Milan məhkəməsindən adı korrupsiya ittihamında çəkilən italiyalı siyasətçiyə bəraət verib

Bakı. Trend:

Milan məhkəməsi adı korrupsiya ittihamında çəkilən siyasətçi Luka Volonteyə bəraət verib.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elxan Süleymanov məlumat verib.

Millət vəkili bildirib: "Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çox müddətdir ki yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən biri olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı.

Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başssağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti