...

Arıçılara subsidiyaların verilməsinə yaxın zamanlarda başlanacaq

Gündəm Materials 17 Fevral 2018 12:56 (UTC +04:00)
Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacaq.
Arıçılara subsidiyaların verilməsinə yaxın zamanlarda başlanacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir vurğulayıb ki, bununla bağlı bütün sənədlər hazırlanıb və iqtisadi strukturlarla razılaşdırılıb:

“İki gün əvvəl sənədlər Nazirlər Kabinetinə təqdim edilib və hesab edirəm ki, yaxın günlərdə həmin sənədlər Prezident Administrasiyasına təqdim olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti