...

ADA və Ekspo 2025 Bakı “Əməyin gələcəyi” mövzusunda dəyirmi masa müzakirəsi keçirib (FOTO)

Gündəm Materials 15 Mart 2018 19:32 (UTC +04:00)

Bakı. Trend:

ADA Universitetində Ekspo 2025 Ümumdünya Sərgisinə namizəd ölkə Azərbaycan tərəfindən təqdim edilmiş mövzulardan biri olan “Əməyin gələcəyi” ətrafında dəyirmi masa arxasında müzakirə keçirilib.

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən Trend-ə verilən məlumata görə, müzakirədə Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyinin nümayəndəsi Rəna Abdullayeva, əmək bazarı üzrə ekspert İlkin Nəzərov, Ekspo 2025 Bakı mövzu liderlərindən biri Məryəm Qafarzadə, həmçinin, riyaziyyat təsisçisi Əli Mərdanov iştirak ediblər.

R.Abdullayeva tələbələrə demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran çətinliklər barəsində ətraflı məlumat verib. Azərbaycan əhalisinin dünyanın ən gənc əhalilərindən biri olması faktını qeyd edərək, diqqətini uzunmüddətli proqnozlara və əhalinin demoqrafik strukturunun dəyişilməsinə yönəldib və Azərbaycan hökumətinin bu sahələrdə islahatlar apardığına istiqamətləndirib. Nazirlik nümayəndəsi hal-hazırda Azərbaycan əhalisinin 71.3%-ni 15-64 yaş arası insanların, 14 yaşa kimi olan uşaqların isə 22% təşkil etdiyini bildirib. R.Abdullayeva qeyd edib ki, uzunmüddətli perspektivdə Azərbaycan əhalinin qocalması problemi ilə üzləşir və artıq respublika onların həlli yolları üzrə işləyir. Bildirilib ki, Azərbaycan, həmçinin, Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyasında “Future of Work” mövzusunun müzakirəsi təşəbbüsünü irəli sürən ilkin dövlətlərdən biri idi.

M.Qafarzadə Ekspo 2025 Bakı layıhəsi haqqında təqdimatı nümayiş edərək, universitet tələbələrinin Dünya Sərgisinin ölkəyə qazandıracağı uzunmüddətli mənfəətlər barəsində olan suallarını cavablandırıb. M.Qafarzadə Azərbaycan gəncləri üçün təsiredici “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini xüsusi vurğulayıb.

Ekspert İlkin Nəzərov öz çıxışında, World Expo 2025-in Azərbaycanda əmək bazarının inkişafına müsbət təsirləri ola biləcəyi haqqında danışıb. Təsisçi Əli Mərdanov təhsilin dəyişən əmək bazarı şərtləri məzmunundakı rolu haqqında öz fikirlərini bölüşüb. Təqdimatın davamında isə ekspertlər dəyirmi masa iştirakçılarının suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti