...

Bakıda bu yollarda sürət həddi endirilib - Səbəb hava

Gündəm Materials 30 Mart 2018 21:14 (UTC +04:00)
Hava şəraiti ilə əlaqədar sürət həddi 20 km/saat endirilib.
Bakıda bu yollarda sürət həddi endirilib - Səbəb hava

Bakı. Samir Əli - Trend:

Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür güclü küləkli hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti