...

Aprel şəhidlərinin siyahısı Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib

Gündəm Materials 3 Aprel 2018 11:55 (UTC +04:00)
Aprel şəhidlərinin siyahısı Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
Aprel şəhidlərinin siyahısı Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin siyahısı və onlar haqqında məlumatlar Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib.

AMEA-dan Trend-ə verilən məlumata görə, bundan əlavə, Azərbaycanın Milli Qəhrəmanları, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da bu bazaya əlavə olunub.

Qeyd edək ki, MRY layihəsinin məqsədi ölkəmizin qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və tədqiqatçıların istifadəsinə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti